Bərdədə 3 şadlıq sarayının sahibi cərimələndi 

13:54 15.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdə Rayon Polis Şöbəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 3 şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı “Ay ulduz”, “Kral” şadlıq saraylarında “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmədən toy məclisi təşkil edildiyi və “Nəqşicahan” şadlıq sarayında isə “COVID-19” pasportu olmayan şəxsin toy mərasiminə buraxılması müəyyən edilib.

 

Qeyd olunan qayda pozuntuları ilə əlaqədar restoran sahiblərinin barəsində inzibati qaydada protokollar tərtib edilib.